KİV: Ermənistan hakimiyyəti Nikola Paşinyanı aksiyaları dayandırmaq üçün razı salmağa çalışır


Dünya 21 Apr 2018 11:31:09 269 0

KİV: Ermənistan hakimiyyəti Nikola Paşinyanı aksiyaları dayandırmaq üçün razı salmağa çalışır

Rəsmi İrəvan hadisələrin belə davam etməsindən olduqca natahatdır

Ermənistanda Serj Sarqsyanın baş nazir olmasına qarşı keçirilən kütləvi etirazlar hakimiyyət üçün gözlənilməz olub.

"Report” xəbər verir ki, bu barədə"Joxovurd" qəzeti məlumat yayıb.

Yazıda bildirilib ki, Ermənistan hakimiyyəti hadisələrin belə davam etməsindən olduqca natahatdır: “Təsadüfi deyil ki, artıq üç gündür hakimiyyətin müxtəlif nümayəndələri müxalifətlə dialoqun vacibliyini vurğulayırlar. Bu barədə aprelin 20-də bütün ermənilərin katalikosu II Qaregin ilə Serj Sarqsyanın görüşündə də vurğulanmışdı”.

Mənbə qeyd edir ki, hakimiyyət hərəkatın lideri Nikola Paşinyana müxtəlif üsullarla təzyiq etməyə cəhd göstərir: “Xüsusən də müxalifət liderinin yaxın ətrafı ilə danışıqlar apararaq ona mitinqləri dayandırmağa və dialoq üçün razı salmağa çalışırlar”.