Arsenal-ın sahibi: “Ona həmişə minnətdar olacağıq”


İdman 21 Apr 2018 11:22:00 263 0

Arsenal-ın sahibi: “Ona həmişə minnətdar olacağıq”

Arsenal-ın səhmlərinin böyük hissəsinin sahibi Sten Kronke baş məşqçi Arsen Vengerin mövsümün sonunda klubdan ayrılmaq qərarına münasibət bildirib.

Goal.az-ın BBC-yə istinadən məlumatına görə, amerikalı biznesmen futbolsevərlərin fransız mütəxəssisə təşəkkür borcu olduğunu deyib:

“Bizim üçün ən ağır günlərdən biridir. Vengerin meydanda və meydandan kənar fəaliyyətləri Arsenal-a gəlişimizin əsas səbəblərindən idi. Kiminsə uzun müddət onun kimi ən yüksək səviyyədə stabilliyini qoruyub saxlayacağına inanmıram. Arsenal-ın səviyyəsi müqayisəolunmazdır. Həmişə ona minnətdar olacağıq. Arsenal-ı və futbolu sevən hər kəsin Vengerə təşəkkür borcu var”.

Kronke “topçular”ın azarkeşlərindən Arsen Vengerlə ən yaxşı şəkildə sağollaşmalarını xahiş edib: “Məğlubedilməzlər” mövsümü də daxil olmaqla, 3 Premyer Liqa titulu, 7 kubok zəfəri və Çempionlar Liqasında 20 il... Bunlar inanılmaz nəticələrdir. Oyuna baxışı ilə klubun və İngiltərə futbolunun kimliyini dəyişdi. Milyonlarla azarkeşimizdən bizə qoşulmalarını və nəinki Arsenal, dünya futbolunun ən böyük simalarından biri ilə ən yaxşı şəkildə vidalaşmalarını rica edirik”.