Əfqanıstanda partlayış törədilib, 5 nəfər ölüb, 14-ü yaralanıb


Dünya 21 Apr 2018 11:07:00 230 0

Əfqanıstanda partlayış törədilib, 5 nəfər ölüb, 14-ü yaralanıb

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib

Əfqanıstanda terror aktı törədilib.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, hadisə Nanqarhar əyalətinin Hasaki Mine rayonunda qeydə alınıb.

Belə ki, dinc sakinləri daşıyan avtomobilin keçdiyi vaxtda yol kənarına yerləşdirilən partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər ölüb, 14-ü yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.