Olimpiada-2032-yə növbəti iddiaçı


İdman 21 Apr 2018 11:00:00 201 0

Olimpiada-2032-yə növbəti iddiaçı

2032-ci ildə keçiriləcək Olimpiya Oyunlarının ev sahibliyinə daha bir namizəd açıqlanıb.

Goal.az-ın məlumatına görə, Hindistan dördilliyin ən möhtəşəm idman yarışını qəbul etməyə iddialıdır.

Bunu ölkənin olimpiya assosiasiyasının rəhbəri Narinder Batra açıqlayıb. O bildirib ki, yarışı qəbul etməyə namizəd şəhər dəqiqləşməsə də, Hindistan bir sıra turnirlər üçün müraciət edəcək: “2026-cı ildə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunları, 2030-cu ilin Asiya Oyunları və 2032-ci ilin Olimpiadası üçün sifariş verəcəyik. Bu turnirlərin bizə verilib-verilməməsini bilmirik. Lakin böyük yarışlara bağlı olmaq istəyirik”.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhədinin də 2032-ci il Olimpiadasına namizədlik verəcəyi gözlənilir.