Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər yaralanıb


Dünya 21 Apr 2018 10:43:46 220 0

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər yaralanıb

Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, hadisə Konya şəhərində qeydə alınıb.

Belə ki, Kayseri şəhərindən Antalyaya gedən avtobus Konya-Aksaray avtomobil yolunda qəzaya düşüb. Nəticədə 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir.