Mourinyo: "Vengerlə aramızda qarşılıqlı hörmət olduğunu bilmirdiniz"


İdman 21 Apr 2018 10:21:00 268 0

Mourinyo: "Vengerlə aramızda qarşılıqlı hörmət olduğunu bilmirdiniz"

Manchester United-in baş məşqçisi Joze Mourinyo Arsenal-lı həmkarı Arsen Vengerin mövsüm sonunda işindən ayrılmasına münasibət bildirib.

Goal.az xəbər verir ki, araları yaxşı olmasa da, Mourinyo Venger haqda xoş sözlər işlədib:

"O xoşbəxtdirsə, mən də xoşbəxtəm. O üzgündürsə, mən də üzgünəm. Mən həmişə öz həmkarlarıma ən yaxşı şeylər arzulayıram. Cənab Venger öz qərarından məmnundursa və yeni həyata başlamağa özünü hazır hiss edirsə, bu halda ancaq uğur arzulamaq olar. Bizim münasibətlərə gəlincə, futbolçu olan vaxt bir-birinə qarşı oynayanda bəzən sarı ya da qırmızı kart alırsan. Karyeranı bitirib məşqçi olanda da, həmkarlarınla rəqabət aparmalı olursan. Bu normaldır. Vengerlə aramızda qarşılıqlı hörmət olduğunu bilmirsiniz, bəzən kənardan əksi görünə bilər".