Gürcüstanda NATO PAnın 97ci “RouzRout” seminarı keçiriləcək


Dünya 21 Apr 2018 09:40:00 215 0

Gürcüstanda NATO PAnın 97ci “RouzRout” seminarı keçiriləcək

Aprelin 23-dən 25-dək Gürcüstanın Batumi şəhərində NATO Parlament Assambleyasının 97-ci "Rouz-Rout" seminarı keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.

Seminarda Yeni geosiyasi şəraitdə Gürcüstan və Qara dəniz regionu, Qara dəniz bölgəsində təhlükəsizlik və avro-atlantik inteqrasiya, Rusiyanın inkişaf strategiyasının Cənubi Qafqazda və daha geniş Qara dəniz bölgəsində təhlükəsizlik vəziyyətinə təsiri, Gürcüstandakı islahatlar və demokratiya, Gürcüstanın vətəndaş cəmiyyətində dəyərlər və dayanıqlılıq, Parlament demokratiyasına keçid və digər regional məsələlər barədə məruzələr dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.