Bakıda evə basqın zamanı yaşlı kişini qarət edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb


Sosial 21 Apr 2018 09:21:33 217 0

Bakıda evə basqın zamanı yaşlı kişini qarət edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rasim Quliyev və Vüsal Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birində baş verib. Qarət məqsədilə gələn çağırılmamış qonaqlar yaşlı kişini döyüb, daha sonra isə şkafa bağlayıblar.

Binəqədi qəsəbə sakini, 61 yaşlı Yaqub Sultanov 4-cü polis bölməsinə məlumat verib ki, gecə vaxtı həyətində səs-küy eşidib. Çölə çıxan zaman ona iki nəfər hücum edərək mənzilə salıblar. Yaşlı kişidən pul və qızıl tələb ediblər. Onlar pulu olmadığını deyəndə Y.Sultanovu döyüb şkafa bağlayıblar. Hər ikişəxs isə səsə qonşulargəldikdən sonra isəqaçıblar.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri R.Quliyev və əvvəllər məhkum edilmiş V.Abdullayevi saxlayıb.

Məlum olub ki, hadisəni törədən V.Abdullayev Bakıda 36 saylı marşrut avtobusunun sürücüsü olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.