Knessetin deputatı: "Bakı israilli turistlər arasında populyar istiqamətə çevrilib"


Siyasət 21 Apr 2018 09:09:00 279 0

Knessetin deputatı: "Bakı israilli turistlər arasında populyar istiqamətə çevrilib"

"Azərbaycan-İsrail münasibətləri bu gün ən yüksək səviyyədədir, amma turizm kimi perspektivli sahələrdə də irəli addımlamaq lazımdır".

Son.az xəbər verir ki, bunu Trend-ə Knessetin deputatı Konstantin Razvozov deyib.

Deputat bildirib: "Biz uzun müddətdir ki, ölkə arasında dostluq münasibətlərinin mövcudluğunu müşahidə edirik. Ümid edirəm ki, münasibətlər bu cür də qalacaq. Bu gün İsraildə "Azərbaycan" və "Bakı" sözləri dillərdədir. İsraildən turist axını ötən illə müqayisədə 40 faiz artıb, bu rəqəmin daha da artacağını gözləyirik. Biz həm də Azərbaycandan İsrailə turistlər gözləyirik".

Deputat həmçinin idman sahəsində qarşılıqlı fəaliyyət məsələsinə toxunub:

"Bu il İsraildə və Azərbaycanda cüdo üzrə Avropa və dünya çempionatları keçiriləcək. Bu tədbirlərdə hər iki ölkədən milli komandalar iştirak edəcək. Digər idman növlərində də təcrübə mübadiləsi aparmaq faydalı olardı, çünki idman və mədəniyyət ikitərəfli münasibətlərin inkişafına kömək edir".