Microsoft tərcümə proqramı hazırlayıb


Digərləri 21 Apr 2018 08:41:00 231 0

Microsoft tərcümə proqramı hazırlayıb

"Microsoft" korporasiyasının "Microsoft Translator" proqramı neyron şəbəkəsi alqoritmlərinə əsaslanan daha keyfiyyətli kompüter tərcüməsini internetə qoşulma olmadan həyata keçirəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, "Android" sisteminin idarəetməsi altında işləyən sözügedən proqramın yeniləməsinin təsvirində deyilir: "Aşağıdakı dillər üçün neyron şəbəkəsinə əsaslanan avtonom dil paketləri yenilənib: ərəb, çin (sadələşdirilmiş), fransız, alman, italyan, yapon, Koreya, portuqal, rus, ispan, tay". Bu dillərin daşıyıcıları sözügedən proqramın köməyi ilə internetə qoşulmadan ünsiyyət saxlaya biləcəklər.