Bloklanan “Telegram”a maraq kəskin artıb


Digərləri 21 Apr 2018 08:45:00 211 0

Bloklanan “Telegram”a maraq kəskin artıb

"Telegram"ın bloklanma prosesinə başlandıqdan sonra Rusiya sakinlərinin messencerə olan marağı artmağa başlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "SimilarWeb" analitik şirkətinin məlumatında deyilir.

Şirkətin mütəxəssisləri Telegram.org saytının fəallığını təhlil ediblər və müəyyən ediblər ki, aprelin 16-da resursun Rusiyada 1,2 milyon ziyarətçisi olub ki, bu da aprelin 9-da olan göstəriciyə əsasən 27 faiz çoxdur.