FlyJacket dronu idarə edir VİDEO


Digərləri 21 Apr 2018 08:21:00 257 0

FlyJacket dronu idarə edir  VİDEO

İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin mütəxəssisləri pilotsuz uçan aparatın ekzoskelet vasitəsilə idarə edilməsi üçün "FlyJacket" adlı sistem hazırlayıblar.   Son.az ICTnews-a istinadən bildirir ki, sistemlə iş üçün istifadəçinin virtual reallıq kaskası və insanın hərəkətlərini dronun hərəkətləri ilə sinxronlaşdırmağa imkan verən bədənin yuxarı hissəsi üçün yumşaq ekzoskelet geyməsi tələb olunur.  

Bildirilir ki, istifadəçi əllərini qanadlar kimi açaraq bədəni döndərməklə və ya əyməklə dronun uçuşunu idarə edir. Bu halda istifadəçi aparatın uçuşunu virtual reallıq kaskası vasitəsilə müşahidə edə bilər.

Məlumata görə, sistem yalnız hərəkətsiz qanadlara malik dronlarla işləyir. Ekzoskelet istifadəçinin uçuş zamanı yorulmamasına görə əllər üçün dayaqlarla təchiz edilib. Tərtibatçıların sözlərinə görə, belə dron idarəetmə sistemi (ekzoskelet vasitəsilə) ənənəvi kontrollerlə müqayisədə daha intuitiv və effektivdir.

Tədqiqatçıların fikrincə, layihə kommersiya potensialına malikdir. Layihə müəllifi Karin Ronon bildirib ki, ekzoskeletin hazırlanması zamanı mütəxəssislər məhsulun qiymətinin əlverişli olması üçün ucuz material və texnologiyalardan istifadə etməyə çalışıblar. Tədqiqatçının sözlərinə görə, bundan başqa, kostyumun ölçüsü çox kiçikdir və onu, məsələn, çantaya yerləşdirmək mümkündür.