“Apple Music” istifadəçilərinin sayı hər il 40 faiz artacaq


Digərləri 21 Apr 2018 08:25:00 296 0

“Apple Music” istifadəçilərinin sayı hər il 40 faiz artacaq

Fevral ayının əvvəlində "Apple Music" ödənişli musiqi xidməti abunəçilərinin sayı 36 milyon nəfəri üstələyib.

Son.az lent.az-a istinadən xəbər verir ki, apreldə proqramın istifadəçi bazası 40 milyon abunəçiyə qədər artıb.

"Macquarie Capital" şirkətinin analitiki Ben Şakret (Ben Schachter) bildirib ki, növbəti üç il ərzində "Apple Music"in ödənişli abunəçilərin  istifadəçi bazası hər il 40 faiz artacaq. B.Şakter hesab edir ki, "Apple Music" "Apple" şirkətinin ən tez böyüyən xidməti ola biləcək.