Qəzza zolağında toqquşmalarda 4 fələstinli ölüb


Dünya 21 Apr 2018 08:18:00 281 0

Qəzza zolağında toqquşmalarda 4 fələstinli ölüb

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 600-dən çox insan xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Ria Novosti"yə Fələstinin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedra məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan 124 nəfər döyüş güllələri ilə yaralanıb, onlardan 5-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.