Yeni tip kompüter yaddaşı hazırlanıb


Digərləri 21 Apr 2018 08:01:00 314 0

Yeni tip kompüter yaddaşı hazırlanıb

Çinin Şanxay Fudan Universitetinin alimləri özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yeni məlumat saxlama texnologiyası hazırlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, quraşdırılmış yaddaş kompüter və smartfonların yüklənməsinə, operativ yaddaş isə kompüterdə proqramların işə salınmasına imkan verir. Yeni - üçüncü tip kompüter yaddaşı isə bu funksiyanın hər ikisini yerinə yetirir.

Ekspertlər qeyd edir ki, üçüncü tip yaddaş həm operativ yaddaşın, həm də quraşdırılmış yaddaşın mükəmməl olmaması ilə əlaqədar hazırlanıb. Qurğunun bütün sistemləri operativ yaddaşda saxlanılan məlumatlara tez çıxış əldə edə bilir, lakin qurğu söndürülən zaman məlumatların hamısı yoxa çıxır, gözlənilməz sönmə isə yaddaşa verilməyən məlumatların tam silinməsinə səbəb ola bilər.