Kim Çen In KXDR-də tutulan üç amerikalının Trampla görüş zamanı buraxılmasını təklif edib


Dünya 21 Apr 2018 07:34:16 253 0

Kim Çen In KXDR-də tutulan üç amerikalının Trampla görüş zamanı buraxılmasını təklif edib

Kim Çen In və Donald Trampın görüşü cari ilin may və ya iyun ayında baş tuta bilər

KXDR lideri Kim Çen In ölkə hökuməti tərəfindən saxlanılan üç Amerika vətəndaşının ABŞ prezidenti Donald Tramp ilə görüş zamanı azad olunmasını təklif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, Pxenyanın amerikalıları azad etməyə hazır olması, Vaşinqtonla diplomatik münasibətlərin inkişaf etdirilməsinə kömək etmək üçün bir tədbir kimi nəzərdən keçirilir.

Bildirilir ki, saxlanılanlardan ikisi Pxenyanda Elm və Texnologiya Universitetində işləyib. Onlar 2017-ci ildə "düşmənçilik xarakterli hücumlar"da ittiham olunublar. Digər amerikalı casusluq ittihamı ilə 2015-ci ildə tutulub.

Onların azad edilməsi ilə bağlı danışıqlar İsveçin vasitəçiliyi ilə aparılır.

Kim Çen In və Donald Trampın görüşü cari ilin may və ya iyun ayında baş tuta bilər.