Bu cihaz ən yaxşı smartfon seçildi


Digərləri 21 Apr 2018 07:22:00 321 0

Bu cihaz ən yaxşı smartfon seçildi

"Consumer Reports" saytı bazarda mövcud olan ən yaxşı smartfonların siyahısını dərc edib. "Galaxy S9" smartfonu qalib gəlib.

Son.az ICTnews-a istinadən bildirir ki, smartfonlar aşağıdakı qaydada yerləşib: Cənubi Koreyanın "Samsung Galaxy S9" və "Galaxy S9+" aparatları 81 bal toplayaraq ilk pilləni tutublar. Növbəti yerlərdə şirkətin "Galaxy S8", "Galaxy S8 Active" və "Galaxy S8 Plus" smartfonları yerləşib.

"Apple" şirkətinin smartfonları ilk beşliyə düşə bilməyib. "iPhone 8 Plus" və "iPhone 8" cihazları müvafiq olaraq 6 və 7-ci, "iPhone X" isə 8-ci yeri tutub.