Tramp KXDR-in nüvə sınaqlarından imtina etməsinə münasibət bildirib


Dünya 21 Apr 2018 03:04:02 245 0

Tramp KXDR-in nüvə sınaqlarından imtina etməsinə münasibət bildirib

ABŞ prezidenti Şimali Koreyanın bu addımını alqışlayıb

ABŞ prezidenti Donald Tramp KXDR-in nüvə sınaqlarını dayandırmasına dair bəyanatını alqışlayıb və Şimali Koreya lideri Kim Çen In ilə birgə sammiti gözlədiyini bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Şimali Koreya bütün nüvə sınaqlarını dondurmağa və böyük poliqonu bağlamağa razılaşıb. Bu Şimali Koreya və dünya üçün çox yaxşı xəbərdir və böyük irəliləyişdir! Sammitimizi gözləyirəm", — deyə o bildirib.