Suraxanıda yanğın olub


Digərləri 21 Apr 2018 02:26:00 183 0

Suraxanıda yanğın olub

Paytaxtda yanğın hadisəsi qeydə alınıb

Bakı. Paytaxtda yanğın hadisəsi qeydə alınıb. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 64 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları və əşyaları 44 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.