Adolf Hitlerin ölümünü yalanlayan gəmi tapıldı ŞOK İDDİALAR


Digərləri 20 Apr 2018 23:34:00 379 0

Adolf Hitlerin ölümünü yalanlayan gəmi tapıldı  ŞOK İDDİALAR

İkinci Dünya Müharibəsinin sonunda Faşist Almaniyasına məxsus sualtı gəmi tapılıb.

Son.az xəbər verir ki, Danimarka sahilləri yaxınlığında Skaqerrak boğazının dibində tapılan sualtı gəminin Şaçist Almaniyasını Cənubi Amerikaya aparan "U-3523" sualtı qayığı olduğu ehtimal edilir.

Ancaq mütəxəssislər 73 il sonra qalıqları tapılan sualtı gəmini dənizin dərinliklərindən çıxartmaq istəmədiklərini deyirlər.

Alimlərin sözlərinə görə, bu qayıq vasitəsilə üçüncü reyxin komandirləri qaçırdılmışdı. Sualtı gəmini Yutlandiyada Dəniz hərbi muzeyinin işçiləri tapıb. İlkin məlumatlara görə, gəmi Skaqerrak boğazının 123 metr dərinliyində yerləşir. Tarixi məlumatalara görə isə, sözügedən sualtı gəminin göyərtəsində 58 ekipaj üzvü olub.

Gəminin batması ilə bağlı ilkin versiyalara görə, "U-3523" sualtı gəmisi 6 may 1945-ci il Böyük Britaniyanın "B24 Liberator" Hərbi Hava Qüvvələrlərinə məxsus bombardmançısı tərəfindən vurulub. Bu günə qədər də gəminin qalıqları aşkarlanmayıb. Tarixçilər bunun planlaşdırlmış hadisə olduğunu deyərək, faşist Almaniyasının rəhbərlərinin bu yolla ölkədən qaçaraq Cənubi Amerikaya və ya digər yerə getdiklərini iddia edirlər.


Xəbərə aid foto