Ermənistan müxalifətçiləri şənbə günü etiraz aksiyalarını bərpa etmək niyyətindədirlər


Dünya 20 Apr 2018 23:28:00 255 0

Ermənistan müxalifətçiləri şənbə günü etiraz aksiyalarını bərpa etmək niyyətindədirlər

İrəvanın mərkəzi küçələri ilə yürüş keçiriləcək

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı çıxan mitinq iştirakçıları şənbə günü səhər etiraz aksiyalarını bərpa etmək niyyətindədirlər.

Son.az report.az-a istinadən bildirir ki, bunu hərəkatın lideri, müxalifətçi deputat Nikol Paşinyan deyib.

"Sabah biz 11.00-da aksiyamıza başlayacağıq. Biz bu gün etdiyimiz kimi yolları bağlamaqda davam edəcəyik, amma bu dəfə daha geniş şəkildə", - deyə Paşinyan Respublika meydanında keçirilən mitinq zamanı bildirib.