Mülkiyyətində olan ərazidə yeni yol çəkiləcək Sahibkar problemdən çıxış yolu axtarır VİDEO


Digərləri 20 Apr 2018 22:53:00 269 0

Mülkiyyətində olan ərazidə yeni yol çəkiləcək  Sahibkar problemdən çıxış yolu axtarır  VİDEO

Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov 17C ünvanında yaşayış binası tikmək istəyən sahibkar Bəhram Babayev qəribə vəziyyətlə üzləşib.

Son.az xəbər verir ki, lazımi bütün sənədləri əldə edən sahibkara yaxınlıqda bina tikintisi ilə məşğul olan digər şirkətdən bildiriblər ki, onun mülkiyyətində olan ərazidə yeni yol çəkiləcək.

Bu xəbər Bəhram Babayevin narazılığına səbəb olub. O, iddia edir ki, mülkiyyətində olan ərazidən yolun çəkilməsi məntiqsiz və qanunsuzdur

Bəhram Babayev deyir ki, yol çəkilişi bina tikintisini xeyli ləngidir. İndi sahibkar problemdən çıxış yolu axtarır.