O niyə evlənməkdən qaçır?


Digərləri 20 Apr 2018 22:58:22 302 0

O niyə evlənməkdən qaçır?

Siz neçə ildir birlikdəsiniz (iki, üç, beş), əminsən ki onun xoşuna gəlirsən və ondan övladın olmasını istəyirsən. Nə üçün o hələ də sənə evlənmək təklif etmir? Aramızda evlənməkdən qorxan gənclərin sayı o qədərdir ki...

Nə vaxt biz sevgilimizin yanında özümüzü çox yaxşı hiss edirik, həmin andan toy haqqında fikirləşməyə başlayırıq. Onunla neçə müddətdir tanış olmağımıza fikir belə vermirik - iki gün, yoxsa iki il. Bəs görəsən, qarşı tərəf də evlənmək arzusundadırmı? Bax elə problemlər də buradan başlayır.

"Mən onun həyat yoldaşı olmaq istəyirəm!"... Bu o qədər də çətin iş deyil. Əsas odur ki, onu evlənməkdən uzaqlaşdıran səbəbləri öyrənib, aradan qaldırmağı bacarasan.

Son.az axşam.az-a istinadən bildirir ki, statistika sübut edir - kişilər qadınlara nisbətən münasibətlərinə ad qoymağa ehtiyat edirlər. Onlar evlənməkdən qorxurlar. Nə üçün? Bəli, çünki qadınlar çox fərqlidirlər. Hətta mütəxəssislər iddia edirlər ki, kişi ilə qadın bioloji cəhətdən də bir-birinə ziddir. Qadınlar başqa cür düşünür, hiss edir, reaqsiya verir, hətta dərmanların qadınlara təsiri də fərqlidir. 

Uzun müddət biri ilə münasibətin var: sən artıq ağ gəlinlik və fatanı fikirləşirsən. Amma oğlan balıq kimi susur. Nə etməli? Biz də bunu araşdırmağa çalışırıq: "Mənimlə heç vaxt evlənməyi düşünməyən sevimli oğlanım". Amma hər şeyi kişilərin boynuna yükləmək heç də doğru deyil. Gəlin etiraf edək ki, aramızda evlənməkdən qorxan qadınlar da az deyil.

O deyir: "Nə üçün? Bizə belə də yaxşıdır" Ola bilsin ki, sizə birlikdə doğurdan da pis deyil. Amma nəzərə almaq lazımdır ki, qaydalara uyğun işlər var ki, bu oğlanları qane etmir. Kişilər öz həyatlarında nəyisə dəyişməkdən dəhşətli dərəcədə qorxurlar. Psixoloqlar iddi edir: "Qadınlar daha çox emosionaldırlar? Bəlkə yanılırsan?! Diqqətlə baxsaq görərik ki, kişilər qadınlardan çox emosionaldırlar. Onlar həyatlarındakı dəyişikliklərə dözülməz reaksiya göstərirlər. Eləcə də münasibətlərində". Evlənmək kişilərə görə başqa bir böyük mərhələyə qədəm qoymaqdır və burada nələr baş verəcək - məlum deyil. Elə onları da qorxudan budur.

Nə üçün evlənmir 1. Dəyişikliklərdən qorxur Onun həyatı başdan ayağa kimi dəyişəcək. Məlum deyil, bu dəyişiklik ona rahatlıq gətirəcəkmi? Və o özü burada uğurlu ola biləcəkmi? Kişilərin əksəriyyəti qorxuları və həyəcanları barədə danışmağa həvəsli deyillər. Yalnız qızlar həyatlarının bütün xırdalıqlarını və detallarını kiməsə danışmağa hazırdırlar. Bizim tikbaş yarımızsa həqiqi sifətini gizlətmək üçün içində istirab çəkməyə razıdır. Əgər, bizim möhkəm partizan sevgilisi ilə uzun danışıqlara hazır deyilsə, başlanğıc olaraq qəfildən ondan soruş: evləndikdən sonra ounun dostlarının həyatında nələr dəyişdi? Onun valideynləri nikahda necə yaşayırlar? Məsələn, Əzizim nə üçün köhnə dostun Anar neçə müddətdir görsənmir? "Sən nə danışırsan - O evlənib? Necə? Çox maraqlıdır!". Və ya: "Canım, gəl mənim keçən il ailə həyatı quran rəfiqəm Lalənin evinə gedək" de. Onun cavabı sənə çox informasiya verəcək. Xəbəri olmadan o ailə həyatını sevib-sevmədiyini etiraf edəcək. Sonra maraqlan, o evli kişi rolunda özünü necə aparır. - Bax, bütün bunlardan sonra onun sənlə bağlı fikirlərinə dəqiq qərar verə biləcəksən. O səninlə birlikdə gələcək düşünür, ya yox?  Ona dəstək ol: Sehirli sözlər "Bilirsən ailə həyatı qurmaq o demək deyil ki, sən dörd divar arxasına bağlanırsan". "Bilirsən kişinin ona ayrılmaz dərəcədə bağlandığını bilmək hər bir qadına xoşdur". Onun reaksiyası necədir? Seçim sənə qalıb.

2. Azadlığını itirməkdən qorxur Məsələn, əgər bu onun dostuyla baş veribsə... Onunla tanışlarınızın "qeybətini" et. Bu söhbət əsnasında ona sübut etməyə çalış: sevən insanlar aralarındakı münaqişələri həll etməyə qadirdilər. O heç vaxt demədiyi məxfi sirrlərini sənlə bölüşəcək: mənim bir dostum evləndikdən sonra "arvadağız" olub. Digər dostum evləndikdən sonra gecə yığıncaqlarına, bizimlə gəzməyə gedə bilmir, acınacaqlı haldadır, bizi görən kimi gözləri dolur. Üçüncü isə dostları ilə əlaqəni tamamilə kəsib. Sənin hərəkətin: Həvəsləndirici sözlər "Oo... Bu dəhşətdir ki! Sən nə danışırsan əzizim, mən düşünürəm ki, evləndikdən sonra da kişi azadlığını saxlamalıdır. Kişi hökmlü olmalıdır. Bəs sən necə düşünürsən? Sən necə istəyərdin?". Və sevgilinin hər sözündən onun bütün qorxuları ilə bağlı ipucu öyrənəcəksən. Beləcə, sən öz cananının evliliklə bağlı düşüncələrini bir balaca müsbət yönə dəyişə bilərsən.

3. Səhvlər etməkdən qorxur Kişilər də qadınlar kimi vasvasıdır: "Birdən onunla evləndim, sonra anladım ki, sən demə heç də doğru iş görməmişəm?" - bu sual kişiləri qadınlardan çox narahat edir.  Nə etməli? Danışmaq! Bəli-bəli, amma toy haqqında yox ha... Birlikdə nələr edə biləcəyiniz, vaxtınızı necə keçirəcəyiniz haqqda. Çalış gələcək ailə həyatınızı onun gözündə canlandır. Onun dostları, sevimli anası, özü, keçmişdə olan problemləri ilə bağlı hər şeyi öyrənməyə çalış. Beləcə, sən hansı hərəkəti etməyin "qadağan" olduğunu biləcək, ona təkrarlar yaşatmayacaqsan, sənin əzizinin nədən qorxduğunu öyrənə biləcəksən. Bax bu söhbətdən sonra, sevgilin həyata başqa gözlə baxmağa, qorxularını dəf etməyə başlayacaq. Axı onun problemlərini bölüşə biləcək bir sevgilisi var.

O deyir: "Mən heç vaxt evlənməyəcəm" Bu fikrə başqa əlavələr etməyə ehtiyac yoxdur. Qəribə olsa da bəzi qadınlar və kişilər inanırlar ki, bu onların xüsusi fikirləridir, buna görə qarşı tərəfi incitmək lazım deyil. Bir çox qızlar da ən az oğlanlar qədər ailə həyatı qurmaqdan qorxurlar. İnanmasanızda bu real faktdır. Amma bir şeyi etiraf edək ki, evlənməkdən qorxan qadınların sayı kişilərə nisbətən daha azdır.

1. Səbəb Onun "əlahəzrəti" kompleksləridir Psixoloq fikri: "Mənə müraciət edən yaraşıqlı, istedadlı, ağıllı, evi, işi olan oğlanların əksəriyyəti özlərinə, səviyyələrinə, savadlarına uyğun qız tapa bilməməkdən şikayətlənirlər. Eləcə də qızlar... müasir dövrdə gənclərimizin ən böyük problemi bax budur - komplekslər. Onların həyat tərzi fərqlidir". Komplekslər kişilərdə də qadınlardakı qədər çoxdur. Onun müstəqilliyini itirməkdən, "hökmranlığı" itirməyə qədər fərqli qorxuları var. Belə şahzadə həmişə nədənsə narazı qalacaq və axtarışda olacaq. Əgər sən onu nikah masasına aparsan belə, özünü onun yanındı çətin ki, güvəndə hiss edəsən. O, "mən" ifadəsini "biz"dən daha çox işlədir. O öz fikirlərinə cəmlənib, səni eşitmir və ya həddindən artıq dərəcədə anasına bağlıdır. 

2. Səbəb Diaqnoz: Maço Bu bir tərəfdən əvvəlki varianta bənzəyir. Belə insanların maskasının altında başqa problemlər gizlənib: ailəsində acınacaqlı problemlər (valideynləri bir-birinə soyuqqanlı olublar və ya bədbəxt), yaxın münasibətdən qorxma hissləri. Necə başa düşməli? Bunu həmin dəqiqə anlamaq mümkündür. Belə insanlarla sevgi yaşamaq olar, amma bunun çox çəkməyəcəyinə əvvəlcədən hazır olmalısan. Hələ "nikah" heç onlarlıq deyil. Yalnız bəzi qadınları çıxmaq şərtilə - ya həddindən artıq ifritə, ya da həddindən artıq gözəl və ağıllı. Belə kişilər və qadınlar üçün mübarizə aparmağa dəyərmi?

Psixoloqlar iddia edirlər ki, evli qadınlar evli kişilərdən 15 % çoxdur.