Leyla Əliyeva 5 saylı respublika xüsusi internat məktəbindəki şəraitlə tanış olub


Sosial 20 Apr 2018 22:35:52 183 0

Leyla Əliyeva 5 saylı respublika xüsusi internat məktəbindəki şəraitlə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbində olub.

“Report” xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub. Bina 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.

Hazırda məktəbdə 306 şagird təhsil alır. Onlardan 135-i məktəbdə daimi olaraq qalır.

Leyla Əliyeva internat məktəbindəki şəraitlə tanış olub, eyni zamanda, Fond tərəfindən yaradılan sinifdə uşaqlarla görüşərək, onların təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində məktəbdə uşaqlar üçün xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı olan sinfə Fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış kompüterlər hədiyyə edilib. Burada, həmçinin audio studiya və kitabxana var.

Bildirilib ki, Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı burada kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür.

Daha sonra internat məktəbinin şagirdləri, o cümlədən Rusiyada müxtəlif veriliş və festivallarda iştirak edən istedadları öz ifalarını təqdim ediblər.

Maraqlı fakt  Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir like
  • 20 Apr 22:35  
Digərləri Maraqlı fakt Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir

Milli Turizm Təbliğat Bürosu Azərbaycana daha çox çinli turist cəlb etmə

arrow Ətraflı
Maraqlı fakt - Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir like
  • 20 Apr 22:30  
Digərləri Maraqlı fakt - Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir

Milli Turizm Təbliğat Bürosu Azərbaycana daha çox çinli turist cəlb etmə

arrow Ətraflı
Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb like
  • 20 Apr 22:22  
Dünya Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

"Bu ölkələrdə insan haqlarının pozulması qlobal təhlükə yaradır"

arrow Ətraflı
Nikol Paşinyan: "Serj Sarkisyan vəziyyətə nəzarət etmir" like
  • 20 Apr 22:22  
Dünya Nikol Paşinyan: "Serj Sarkisyan vəziyyətə nəzarət etmir"

Ermənistanın baş naziri Serj Sarkisyan vəziyyətə nəzarət etmir.

arrow Ətraflı
Bu da Dubayın zəngin övladları  FOTO like
  • 20 Apr 22:17  
Digərləri Bu da Dubayın zəngin övladları FOTO

İnternetdə tez-tez müxtəlif ölkələrin varlı təbəqəsinin uşaqlarını

arrow Ətraflı
Məşhur dicey vəfat edib like
  • 20 Apr 22:04  
Dünya Məşhur dicey vəfat edib

Dünya şöhrətli di-cey və musiqi prodüseri Avicii (Tim Berqlinq) vəfat edi

arrow Ətraflı
Məşhur dicey Avicii dünyasını dəyişib like
  • 20 Apr 21:58  
Digərləri Məşhur dicey Avicii dünyasını dəyişib

Onun ölümünün səbəbləri hələ ki, məlum deyil

arrow Ətraflı