Qadın yumurta hüceyrələrinin tükənmə prosesi 35 yaşında sürətlənir


Digərləri 20 Apr 2018 22:31:00 101 0

Qadın yumurta hüceyrələrinin tükənmə prosesi 35 yaşında sürətlənir

Qadının kişidən fərqini tək sözlə ifadə etməli olsaq, bu söz yəqin ki, analıq olar. Bioloji dildə desək, hamiləlik və doğuş. Bütün məməlilərin dişisi körpəsini bir müddət bətnində daşıyır və onu dünyaya gətirdikdən sonra yeni doğulmuş fərdin əsas ehtiyaclarını ödəyir - onu qoruyur və qida ilə təmin edir. Qadın da hamiləlik, doğuş və süd vermə dövrlərindən keçir və bu zaman fizioloji dəyişiklikləri özündə yaşayır. Hər canlı bir şəkildə ətraf mühitə adaptasiya olunduğu kimi, insan da sosial davranışları ilə bu vəhşi təbiətin yaşamaq uğrunda mübarizəsinə sinə gərərək təkamül edib. Bu, sosiallaşma qida zəncirində insana nə qədər üstünlük veribsə də, fərdi bioloji xüsusiyyətlərdə bəzi cəhətlərdən geri qalmağımıza gətirib çıxarıb. Son zamanlar sosial fəaliyyətinin aktivləşməsi səbəbindən bir çox qadınlar fərd kimi önə çıxarkən analıq instinktini ikinci plana çəkir və ya gecikdirir. Daha sadə dildə desək, fərdi fəaliyyətdə kişilər qədər çalışan qadın ana olmağı təxirə salmağa başlayıb. Belə ki, dünənə qədər cəmiyyətimizdə 25 yaşında evdə qalmış sayılan qızlar bu gün tez-30 yaşından belə ailə qurmaq istəmir, təhsil və karyera haqqında düşünür. Bəzən bunlar olmasa belə, qadınlar şəxsiyyət kimi formalaşmağa və ya daha uzun müddət gəncliyini yaşamağa üstünlük verir. Sosial baxımdan bu cəhət nə qədər təqdirə layiq olsa da, bioloji baxımdan qarşıya bir sıra problemlər çıxarır.

Son.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində "Caspian International Hospitalın" həkim-ginekoloqu, ginekologiya şöbəsinin müdiri Rəşad Sultan bildirib.

Həkim deyib: "Bu problemlər haqqında danışmadan əvvəl qadın orqanizminin bəzi xüsusiyyətlərini vurğulamaq istərdim. Əvvəla, qadın reproduktiv funksiyasının bir yaş sərhədi var. Belə ki, doğulan hər qız uşağının yumurtalıqlarında artıq müəyyən sayda yumurta hüceyrəsi olur. Bu hüceyrələr onun həyatının irəli yaşlarında nəinki artmır, hətta getdikcə azalır. Müqayisə üçün deyək ki, kişi cinsiyyət hüceyrələri bölünərək çoxalır və bu proses ömürboyu davam edir. Lakin qadın yumurta hüceyrələri 50 yaşına doğru tam tükənir və klimaks dediyimiz dövr başlayır. Tükənmə prosesi xüsusilə 35 yaşında sürətlənir. Bu səbəbdən də qadınlara qeyd olunan yaşa qədər övlad sahibi olmaq tövsiyə olunur.

Hamilə qaldıqdan sonra da yaşı çox olan ananın problemləri və riskləri bitmir. Yaşlı hamilənin ən böyük riski xromosom anomaliyalı uşaq dünyaya gətirməkdir. Daun sindromu bu anomaliyalar içində ən çox rast gəlinəndir. Bu səbəbdən 35 yaşdan yuxarı hamilələr xromosom anomaliyası baxımından daha diqqətli müşahidə altında saxlanılırlar. Elə bu səbəbdən də irəli yaşlı hamiləliklərdə düşüklər də daha çox müşahidə olunur. Bu düşüklərin ilk səbəbi elə xromosom anomaliyaları olur.

Yaş irəlilədikcə hamiləlik zamanı qan təzyiqi və şəkər yüksəkliyi problemləri, eləcə də bunlara bağlı ağırlaşmalara da daha çox rast gəlinir.

Maraqlı fakt - Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir like
  • 20 Apr 22:30  
Digərləri Maraqlı fakt - Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir

Milli Turizm Təbliğat Bürosu Azərbaycana daha çox çinli turist cəlb etmə

arrow Ətraflı
Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb like
  • 20 Apr 22:22  
Dünya Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

"Bu ölkələrdə insan haqlarının pozulması qlobal təhlükə yaradır"

arrow Ətraflı
Nikol Paşinyan: "Serj Sarkisyan vəziyyətə nəzarət etmir" like
  • 20 Apr 22:22  
Dünya Nikol Paşinyan: "Serj Sarkisyan vəziyyətə nəzarət etmir"

Ermənistanın baş naziri Serj Sarkisyan vəziyyətə nəzarət etmir.

arrow Ətraflı
Bu da Dubayın zəngin övladları  FOTO like
  • 20 Apr 22:17  
Digərləri Bu da Dubayın zəngin övladları FOTO

İnternetdə tez-tez müxtəlif ölkələrin varlı təbəqəsinin uşaqlarını

arrow Ətraflı
Məşhur dicey vəfat edib like
  • 20 Apr 22:04  
Dünya Məşhur dicey vəfat edib

Dünya şöhrətli di-cey və musiqi prodüseri Avicii (Tim Berqlinq) vəfat edi

arrow Ətraflı
Məşhur dicey Avicii dünyasını dəyişib like
  • 20 Apr 21:58  
Digərləri Məşhur dicey Avicii dünyasını dəyişib

Onun ölümünün səbəbləri hələ ki, məlum deyil

arrow Ətraflı
Ölkənin qızılgümüş bazarında QİYMƏTLƏR dəyişdi like
  • 20 Apr 21:50  
Digərləri Ölkənin qızılgümüş bazarında QİYMƏTLƏR dəyişdi

Aprelin 20-də Azərbaycanda qiymətli metallar ucuzlaşıb.

arrow Ətraflı
Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR dəyişdi - Ucuzlaşma var like
  • 20 Apr 21:46  
Digərləri Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR dəyişdi - Ucuzlaşma var

Aprelin 20-də Azərbaycanda qiymətli metallar ucuzlaşıb.

arrow Ətraflı