Gənc Tamaşaçılar Teatrının iki əməkdaşı Beynəlxalq Teatr Festivalında münsiflər heyətinə qatılacaq


Digərləri 20 Apr 2018 22:08:43 203 0

Gənc Tamaşaçılar Teatrının iki əməkdaşı Beynəlxalq Teatr Festivalında münsiflər heyətinə qatılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki sənətçisi Beynəlxalq Teatr Festivalında münsiflər heyətinə qatılacaq

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Azərbaycan və Kalmıkyanın Əməkdar İncəsənət xadimi Bəhram Osmanov və teatrın aktyoru, Azərbaycan və Kalmıkyanın Əməkdar artisti Şövqü Hüseynov aprel ayının 25-dən mayın 1-dək Təbrizdə keçiriləcək V Beynəlxalq Küçə Teatrları Festivalında münsiflər heyətinin tərkibində iştirak etmək üçün Təbriz Bələdiyyəsinin Mədəniyyət və İncəsənət təşkilatı tərəfindən dəvət alıb. Teatrdan Trend-ə verilən məlumata görə, sənətçilər sözügedən Beynəlxalq tədbirdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidovun müvafiq əmri ilə bu il aprel ayının 24-dən 01-dək İran İslam Respublikasının Təbriz şəhərinə ezam olunucaqlar.