Qəzzada İsrail ordusu ilə toqquşmalarda 4 fələstinli ölüb


Dünya 20 Apr 2018 21:51:12 206 0

Qəzzada İsrail ordusu ilə toqquşmalarda 4 fələstinli ölüb

Həmçinin 645 nəfər yaralanıb

Cümə günü Qəzza zolağı ilə sərhəddə İsrail ordusu və fələstinlilər arasında baş verən toqquşmalarda 4 nəfər ölüb, yaralıların sayı isə 645 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedraya istinadən RİA "Novosti" məlumat yayıb.

"İsrailin təcavüzü nəticəsində ölən fələstinlilərin sayı 4 nəfərə çatıb, 645 nəfər xəsarət alıb", - deyə o bildirib.

Əşrəf əl-Kedranın sözlərinə görə, xəsarət alanlar arasında 124 nəfər güllə yarası alıb, onlardan 5-nin vəziyyəti ağırdır.