Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445i xəsarət alıb


Dünya 20 Apr 2018 21:35:00 219 0

Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445i xəsarət alıb

Bu gün Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 445-i xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə AP agentliyi Fələstin Səhiyyə nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, ölənlərdən biri 15 yaşlı yeniyetmədir. Yaralılardan 96 nəfər güllə yarası alıb.