Prokuror 210 min dolları mənimsəməkdə təqsirləndirilən idmançıya cəza istədi


Digərləri 20 Apr 2018 19:00:00 205 0

Prokuror 210 min dolları mənimsəməkdə təqsirləndirilən idmançıya cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "K-1" İdman növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası aprelin 27-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, R.Heybətovun onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.