Yerevanda tutulan aksiya iştirakçılarının sayı 233 nəfərə çatıb


Dünya 20 Apr 2018 18:42:41 277 0

Yerevanda tutulan aksiya iştirakçılarının sayı 233 nəfərə çatıb

Aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilir

Ermənistanın paytaxtıYerevan şəhərindəaprelin 20-də keçirilən etiraz aksiyasında tutulanların sayı 233 nəfərəçatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Poisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin Analitika bölməsinin rəisi Edqar Canoyan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl polis tutulan aksiya iştirakçılarının sayının 217 nəfər olduğuna dair məlumat yaymışdı.

Xatırladaq ki, aprelin 20-də səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və Yerevanda hərəkəti iflic etməyə çağırıb. Aprelin 19-da keçirilən mitinqdə üç min nəfər işrtirak edib və həmingün 123 müxalifətçi tutulub. Ümumiyyətlə, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.