Biz hər şeyə hazırıq Tom Buçer


Digərləri 20 Apr 2018 18:45:00 317 0

Biz hər şeyə hazırıq  Tom Buçer

"Trek trekdir, Bakı da Bakıdır. Biz hər şeyə hazırıq. Biz Bakıda istənilən hava şəraitində yarışı keçirməyə hazırıq".

Bunu Son.az-ın bu il yağış və küclü külək olacağı təqdirdə Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisinin necə keçiriləcəyi və yarışa hazırlıqla bağlı sualına cavab olaraq Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Tikinti şöbəsinin rəhbəri Tom Buçer deyib.

O, həmçinin əlavə edib ki, bir həftə sonra tamaşaçılar Bakı küçələrində pilotların gərgin və gözəl mübarizəsinin şahidi olacaqlar və bunun üçün lazım olan bütün işlər görülüb: "İndiyədək hazırlıq işlərinin 90 faizi həyata keçirilib. Gələn həftə ötən illərdə olduğu kimi Bakı Şəhər Halqası üzrə trekin ərazisinə düşən küçələri bağlayacağıq. Pit binası, eyni zamanda komanda binaları, qarajlar artıq tam hazırdır. Tribunalardakı işlərin də 95 faizi yekunlaşıb. Qalan işlər isə növbəti günlərdə tamamlanacaq. Bir həftə sonra hamı burda çox gözəl bir yarış izləyə biləcək. Dəniz və dəmir yolu ilə gələn bütün yüklərin də hamısı artıq gəlib Bakıya çatıb. Növbəti həftənin əvvəlində isə Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri trekə baş çəkib son yoxlama işləri aparacaqlar. Əyləncə tədbirləri isə ötən ildəkinə nisbətən qat-qat çox və daha möhtəşəm olacaq. Ona görə də ailənizə, yaxınlarınıza tövsiyə edə bilərsiniz ki, Qran Pri yarışına gəlib gözəl anlar yaşasınlar".