Van der Saar: "Castin Kluvert atasının yolunu gedir"


İdman 20 Apr 2018 18:32:00 288 0

Van der Saar: "Castin Kluvert atasının yolunu gedir"

Hollandiya millisinin sabiq qapıçısı, hazırda Ajax-ın direktoru kimi fəaliyyət göstərən Edvin van der Saar komandanın gənc ulduzlarından Castin Kluvert barədə fikir bildirib. Goal.az xəbər verir ki, veteran qapıçı bunları deyib:

"Castin atasının yolunu gedir. Onun bədən quruluşu fərqlidir, daha sürətlidir və hər iki cinahda oynaya bilir. Patrik isə mərkəz hücumçusu idi. Castin cüssəli olmasa da, yaxşı sürət yığır. Atası ilə onu birləşdirən cəhət məqsədə can atmasıdır. Onun 18 yaşı var, irəlidə çox şeylər onu gözləyir. İndi bir sıra imkanları var".