Azər Türk Bank birinci rübü mənfəətlə başa vurdu


Digərləri 20 Apr 2018 18:15:00 239 0

Azər Türk Bank birinci rübü mənfəətlə başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 aprel 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 312,3  milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 116,9 milyon manat təşkil etmişdir

Ümumi gəlirlər 15,5 milyon manat , xərclər 15,3 milyon manat olmuşdur. Birinci rübdə Bank 192 min manat həcmində xalis mənfəət əldə etmişdir.

Məcmu kapitalın həcmi 53,7 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı 28,5 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.

Hesabat dövrünün sonuna Bankın likvidlik əmsalı 106% səviyyəsində olmuşdur. Xatırladaq ki, bu göstərici üzrə norma 30% səviyyəsində müəyyən edilmişdir.