Julio Sezar: "Mourinyo məni lağa qoyub topdan qorxduğumu deməyə başladı"


İdman 20 Apr 2018 18:13:00 249 0

Julio Sezar: "Mourinyo məni lağa qoyub topdan qorxduğumu deməyə başladı"

Braziliyalı qapıçı Juio Sezar İnter-də Mourinyo ilə bağlı xatirələrindən danışıb. Goal.az xəbər verir ki, canlı efirdə açıqlama verən veteran qolkiper bunları deyib:

"Mourinyo ilə birinci il, ikincidən fərqli olaraq əla keçdi. Oyunlara ssəhv etməmək qorxusu ilə çıxır və düşünürdüm ki, ya bunun öhdəsindən gəlməli, ya da karyeramı başa vurmalıyam. Məşqdə Joze mənə yaxınlaşıb dedi: "Sən dünyanın ən yaxşısı qapıçısısan. Amma indi C Seriyasında oynayan qolkiperə bənzəyirsən". Mourinyo, bir dəfə sarı formada oynamağımı istəyirdi. Bu, bizim qapıçı formalarımız arasında yox idi. Mövsüm üçün ağ, qara və boz komplektlər vardı. Joze mənə sarı formanı versə də, onu geyməyəcəyimi bildirdim. Mourinyo məni lağa qoyub topdan qorxduğumu deməyə başladı. Sonra, hər halda formanı geyinməli oldum".