Manchester United-in hücumçusu Rayola ilə əməkdaşlığı dayandırıb


İdman 20 Apr 2018 17:50:00 272 0

Manchester United-in hücumçusu Rayola ilə əməkdaşlığı dayandırıb

Manchester United-in hücumçusu Romelu Lukaku italiyalı futbol agenti Mino Rayola ilə əməkdaşlığa son qoyub. Goal.az xəbər verir ki, 24 yaşlı forvard amerikalı reper Jay-Z tərəfindən təsis olunan "Nation Sports" idman agentliyinin xidmətlərindən yararalanacaq. Kompaniya 2008-ci ildə fəaliyyətə başlayıb. "Bayern Munchen"in müdafiəçisi Jerom Boatenq də bu agentliyin müştərisidir.

Mino Rayola Manchester United-in digər futbolçusu Pol Poqbanın da maraqlarını təmsil edir. Martda Los-Angeles Galaxy-yə transfer olunan Zlatan İbrahimoviç də onunla əməkdaşlıq etməkdədir.