"Arsenal rəhbərliyi Venqerə heykəl qoymalıdır"


İdman 20 Apr 2018 17:32:00 204 0

"Arsenal rəhbərliyi Venqerə heykəl qoymalıdır"

Arsenal baş məşqçisi Arsen Venqer mövsümün sonunda postunu tərk edəcək. Goal.az xəbər verir ki, "topçular"ın sabiq yarımmüdafiəçisi Aleksandr Qleb fransalı mütəxəsisin 22 il ərzində klub qarşısında xidmətlərini yüksək qiymətləndirib.

"Bütöv bir səhifə qapanır. Venqer Arsenal, Arsenal isə Venqer deməkdir. Onsuz necə olacaq, demək çətindir. İndi klubun azarkeşləri Venqerdən narazıdır. Ola bilsin, tezliklə onun getməsindən peşmançılıq keçirəcəklər. Arsen futbolu çox sevir, Arsenal-a öz övladı kimi yanaşır. Bu kluba ömrünün illərini, emosiya və sağlamlığını verib. Fikrimcə, klub rəhbərliyi Venqerə heykəl qoymalıdır. O, buna hamıdan çox layiqdir.

O, çox mehriban, səmimi və nəcib insandır. Hər futbolçu onun dəstəyini üzərində hiss edib. Karyeramda ən yaxşı məşqçi odur. Onunla söhbətdən həmişə həzz alırdım. Ümid edirəm, məşqçilik karyerasını başa vurmayacaq. Bu cür mütəxəsislərdən dünya futbolunda çox yoxdur" - belruslu futbolçu deyib.