İki oyun eyni vaxtda yayımlanacaq


İdman 20 Apr 2018 16:50:00 235 0

İki oyun eyni vaxtda yayımlanacaq

Topaz Premyer Liqasının 24-ciüturu çərçivəsində aprelin 22-də keçiriləcək "Neftçi" - "Qəbələ" və "Sumqayıt"  - "Qarabağ" matçları canlı yayımlanacaq.

Goal.az xəbər verir ki. hər iki oyun eyni saatda başlayacağından və hər iki qarşılaşmaya kifayət qədər böyük maraq olduğundan matçlar paralel yayımlanacaq. Tamaşaçılar eyni zamanda hər iki görüşdən görüntüləri izləyə biləcəklər. 

Matçdan sonra efirə gedəcək "Bizim Futbol" verilişində hər iki stadiondan canlı bağlantılar olacaq.