"İbrahimoviç yığmanın mundialla bağlı planlarına daxil deyil"


İdman 20 Apr 2018 16:33:00 262 0

"İbrahimoviç yığmanın mundialla bağlı planlarına daxil deyil"

İsveç milli komandasının baş məşqçisi Yanne Andersson Zlatan İbrahimoviçin yığmaya qayıtmaq ehtimalını yenə istisna edib. Goal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis İbrahimoviç və digər futbolçuların 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatından sonra yığmada oynamaq istəmədiklərini söyləyib. Andersson millidən imtina etmiş futbolçuların Rusiyada təşkil olunacaq dünya çempionatına aparılmayacaqlarını açıqlayıb:

"Onların qərarlarına hörmət edirəm. Amma mən mətbuatda yazılanları və Zlatanın fikirlərini ciddi qarşılamıram. Yalnız onunla öz aramızdakı söhbətə əsaslana bilərəm. Onunla danışdım və nə istədiyini mənə izah etdi. Mən də bununla razılaşdım. İbrahimoviç dünya çempionatı ilə bağlı mənimlə əlaqə saxlamayıb. O, yığmanın mundialla bağlı planlarına daxil deyil. Bu həmçinin əvvəllər komandadan imtina edən digər futbolçulara da aiddir".

İsveç milli komandası DÇ-2018-də Almaniya, Cənubi Koreya və Meksika ilə birgə F qrupunda mübarizə aparacaq.