Avtomobil ağaca çırpıldı: sürücü möcüzə nəticəsində sağ qaldı VİDEO FOTO


Digərləri 20 Apr 2018 16:24:00 237 0

Avtomobil ağaca çırpıldı: sürücü möcüzə nəticəsində sağ qaldı  VİDEO  FOTO

Şəkidə yol qəzası baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki şəhər sakini 35 yaşlı Vüqar Əyyubovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb.

Daha sonra zərbənin təsirindən maşın bir neçə dəfə aşıb. Sürücü döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.


Xəbərə aid fotolar