"ATV", "Xəzər TV" və "ARB TV"dən birgə qərar


Digərləri 20 Apr 2018 16:05:00 252 0

"ATV", "Xəzər TV" və "ARB TV"dən birgə qərar

Üç Azərbaycan telekanalı iki xarici brend reklamını dayandırıb.

Bu barədə "ATV", "Xəzər TV" və "ARB TV" adından Son.az-a daxil olan birgə məlumatda deyilir:

"Televiziya reklam bazarının strateji inkişafı, optimallaşdırılması, sabitləşdirilməsi və təkmilləşdirilməsi baxımından ATV, Xəzər və ARB telekanallarının birgə fəaliyyəti çərçivəsində əldə edilən növbəti ümumi razılığa əsasən, "Nestle" və "L'Oreal" brendlərinə daxil olan məhsulların reklamları 21 aprel tarixindən etibarən dayandırılır.

Birgə qərarın səbəbi - "ZenithOptimedia" reklam agentliyinin bu telekanallarının hər birində yayımlanmış reklamların ödənişini uzun müddət əsassız olaraq gecikdirməsidir.