İsveç millisinin baş məşqçisi İbrahimoviçin DÇ-2018-də çıxış edəcəyinə dair xəbərləri təkzib edib


Digərləri 20 Apr 2018 15:31:58 162 0

İsveç millisinin baş məşqçisi İbrahimoviçin DÇ-2018-də çıxış edəcəyinə dair xəbərləri təkzib edib

"O, yığmanın mundialla bağlı planlarına daxil deyil"

Futbol üzrə İsveç milli komandasının baş məşqçisi Yanne Andersson ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edən Zlatan İbrahimoviçin yığmaya qayıdağı barədə şayiələri təkzib edib.

"Report"un məlumatına görə, 56 yaşlı mütəxəssis İbrahimoviç və digər futbolçuların 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatından sonra yığmada oynamaq istəmədiklərini söyləyib. Andersson millidən imtina etmiş futbolçuların Rusiyada təşkil olunacaqdünya çempionatına aparılmayacaqlarını açıqlayıb: "Onların qərarlarına hörmət edirəm. Amma mən mətbuatda yazılanları vəZlatanın fikirlərini ciddi qarşılamıram. Yalnız onunla öz aramızdakı söhbətəəsaslana bilərəm. Onunla danışdım və nə istədiyini mənə izah etdi. Mən də bununla razılaşdım.İbrahimoviç dünya çempionatı ilə bağlı mənimlə əlaqə saxlamayıb. O, yığmanın mundialla bağlıplanlarına daxil deyil. Bu, həmçinin, əvvəllər komandadan imtina edən digər futbolçulara da aiddir".

Qeyd edək ki, İsveç milli komandası DÇ-2018-də Almaniya, Cənubi Koreya və Meksika ilə birgə F qrupundamübarizə aparacaq.