Paytaxtda yataqxanada yanğın


Digərləri 20 Apr 2018 15:30:00 208 0

Paytaxtda yataqxanada yanğın

Bakının Səbail rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yataqxananın 2-ci mərtəbəsinin dəhlizində 10 kv.m sahədə əşyalar, 20 p.m elektrik kabelləri və 1 ədəd su sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.