"20 ildir kirayədə yaşayıram"


Digərləri 20 Apr 2018 15:13:00 136 0

"20 ildir kirayədə yaşayıram"

Son.az bildirir ki, metbuat.az-ın bu dəfəki müsahibimiz keçmiş xəbər aparıcısı, tanınmış jurnalist, hazırda "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflidir.

Son.az Anar Nəcəfli ilə olan müsahibəni təqdim edir:

- Necə bir ailədə böyümüsünüz?

- 1980-ci ilin noyabrın 3-də Ucar şəhərində anadan olmuşam. Orta məktəbi bitirənə qədər orada yaşamışam. Orta məktəbi rus bölməsində oxusam da, universitetə sənəd verərkən Azərbaycan bölməsi üzrə vermişəm və Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olmuşam. Atam sürücü işləyib. Gözümü açandan onu sürücü olaraq görmüşəm. Anam isə konserv zavodda çalışıb. İndi hər ikisi təqaüddədirlər.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Əvvəl daha çox mütaliə ilə məşğul olurdum. Xüsusən də dedektiv janrında olan romanlar oxuyurdum. Amma təəssüflər olsun ki, son 10 ildir kitab oxumağım yadıma gəlmir. Çox gərgin iş rejimim olur. İşdən sonra evdəki problemlərlə məşğul oluram. Artıq vaxt qalmır. Hətta istirahət günlərində belə vaxt tapmaq olmur. Ümumiyyətlə, həftə ərzində ev ilə maraqlana bilmirəm. Düzdür, 10 il ərzində arada gənc yazarların bir iki kitabını oxumuşam. Amma tam olaraq bu işlə məşğul olmuram.

- Ən sevdiyiniz əsər hansıdır?

- Çingiz Abdullayevin "Dronqo" əsəri. O silsilədən olan romanları oxumağı sevirəm.

- Uşaqlığınız 90-cı illərin çətin dövründən keçib. O dövrdən xatirələrinizdə nələr qalıb?

- Bizim ən yaralı yerimiz Qarabağ müharibəsidir. Düzdür, mənim boya, başa catdığım rayon Qarabağdan uzaq olsa da, döyüşlərin getdiyini biz hiss edirdik. Əsgər, tank və hərbi təyyarələrin həmin istiqamətdə getdiyini görürdük. Hətta gecə vaxtı sakitlik olanda Qarabağda baş verən partlayışın səsi eşidilirdi. Çətin dövr idi. Çörək tapa bilmirdik. Rayonun özündə çörək sexi fəaliyyət göstərmədiyindən çörək Bakıdan gəlirdi. Çünki un qıtlığı vardı. Xatırlayıram, çörək qatarla gətirilib kisələrə doldurulurdu. Qatar səhər tezdən gəlirdi. Hər gün evə 1-2 çörək apara bilmək üçün gecədən növbədə gözləyirdik. Hətta o vaxt çörək satışı ilə məşğul olan xüsusi dükanlar vardı. Bizim rayonumuzda səhv etmirəmsə, 2 nöqtədə idi. Biri evimizə yaxın idi. Orada da gecədən növlər olurdu. Çünki gələn çörəkləri vağzalda ala bilməyənlər həmin dükanlara üz tuturdu. Uzun növbələr olurdu. Biz o zaman uşaq idik. Çox çətin idi.

- Tələbəlik illəriniz necə keçib?

- Tələbəlik illərim də məktəb illəri qədər maraqlı olub. İnsan ömrünün ən yaddaqalan illəri məktəb və tələbəlik illəridir. Sonradan işlə, ailəylə bağlı o qədər problemlər olur ki, insan yüklənir. Tələbəlik illərində tələbə dostlarımla birlikdə Bakıda kirayə qalırdım. 3-4 oğlan arasında evin təmizlənməsi, yemək bişirilməsi bölünürdü. Bəzən rayondan pul gəlmədiyi üçün ac qalırdıq, bəzən marşurtla universitetə getməyə pulumuz olmurdu, piyada gedirdik. Yaxud, metrodan istifadə etmək üçün bir jetonumuz olurdu. Elmlər Akademiyasından çıxa bilmək üçün metroya qədər xeyli yolu piyada getməli olurduq. Əslində, yaşadıqlarımız bizim üçün o vaxt çətin gəlirdi. Amma indi həmin xatirələr yada düşəndə maraqlı illər kimi xatırlanır.

Universitetdə oxuyanda deməzdim ki, əlaçı idim. Tələbəlik illəri idi. Dərsdən qaçdığımız vaxtlar da var idi, dərsə gəlmədiyimiz, oxumadığımız vaxtlar da. Mənə ən çətin gələn fənn Müasir Azərbaycan dili fənni idi. Çünki dediyim kimi rus bölməsini bitirmişdim. Universitetə qəbul olmazdan öncə il yarım hazırlaşmışdım. Şükürlər olsun ki, bitirdik.

- Universiteti bitirdikdən sonra hansı işlərdə fəaliyyət göstərdiniz?

- Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Naxçıvanda qulluq etdim. Gələndən sonra bir müddət iş tapa bilmədim. Təxminən 2 ilə yaxın binaların tikintisində fəhləlik etdim. Belə çətin günlər olub. Sonradan ANS-də "Cinayət işi" verilişinə müxbir axtarılırdı. Müraciət etdim. Pərviz Abubəkirovla bir müddət işlədim. Sonra oradan kanaldakı digər bir verilişə "İç xəbər"ə keçdim. Orada stajçı müxbir, sonra müxbir, daha sonra isə aparıcı olaraq çalışdım. 2004-cü ildən 2007-ci ilə qədər. Sonra "Burc FM" radiosunda bir müddət xəbər aparıcısı kimi çalışdım. Xəzər televiziyası yaranandan sonra ora keçdim. Əvəllər gündüz xəbərlərinin, sonradan əsas xəbərlərin aparıcısı kimi çalışdım. 2015-ci ilə qədər. Sonra bir müddət ATV kanalında xaricdə yaşayan soydaşlarımızla bağlı veriliş hazırladıq. Həmin veriliş ayda bir dəfə yayımlanırdı. Təxminən 1 il davam etdi. Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən təklif gəldi. Qəbul etdim və bura gəldim.

- Ali təhsil almağınıza rəğmən fəhlə işləməyiniz sizə çətin gəlmədi?

- Ali təhsil almışam deyə oturub hansısa bir təklifin gəlməsin gözləmək, ona kimi işləməmək, valideynin əlinə baxmaq mənə uzaqdır. Bu, qadınlar üçün başadüşüləndir. Amma kişilər üçün yox. Mən elə şeyləri qəbul etmirəm. Təbiətcə müstəqilliyi xoşlayıram. Burada da özümə qəbahət görmürdüm. İşləyə-işləyə paralel olaraq ixtisasımla bağlı iş axtarırdım. Düşünürəm ki, hər bir kişi bu istiqamətdə getməlidir. O qədər elə universiteti bitirib evdə gözləyən insanlar var. İndiyə kimi gözləyirlər və iş tapa bilmirlər. Ən xırda bir şeydən də olsa yapışmaq lazımdır. Hansısa bir mərtəbəyə çıxmaq üçün insanda istək varsa, onsuz da gedib çıxacaqsan. Amma bir məsələ var. Biri var dağın zirvəsinə düz yolla çıxasan, biri də var dolanbac yollarla. Ən sonda da öz istəyinə çatacaqsan. Mən isə çalışmışam ki, hansı işi görməyimdən asılı olmayaraq yaxşı işləyim. Həm fəhlə olanda, həm müxbir, həm aparıcı, həm də indi. Bir yerdə durub, saymağı sevmirəm. Əlimdəki ilə kifayətlənmirəm. İstəyirəm ki, nəyisə öyrənim və qabağa gedim.

- Planlaşdırdığınız nöqtədəsiniz, yoxsa hədəfləriniz var?

- İnşallah, zaman göstərər. Dediyim ki, sənin indiki durduğun nöqtədən daha yüksək nöqtəyə hədəfin yoxdursa, sən elə durduğun nöqtədə qalacaqsan. Nəinki yerində saymaq, hətta geriyə düşəcəksən. Bir də görəcəksən ki, işsiz qalmısan.

- 3 övlad atasısınız. Vaxt ayıra bilirsinizmi onlara?

- İş rejimimiz gərgin olduğundan vaxt ayırmaq çətindir. Çalışıram ki ayırım. Bəzən işin stressi, əsəbi evə də yansıyır. Amma çalışıram ki, övladlarımı bu şeylədən uzaq tutum. Həftə sonları onlarla daha çox vaxt keçirməyə çalışıram. Hansısa bir rayona aparıb, bir neçə saat da olsa təbiət qoynunda vaxt keçirmələrini istəyirəm. Özüm də təbiəti sevdiyimdən, şəhəri çox xoşlamıram. Düzdür, işimiz şəhərlə bağlıdır deyə burada yaşayırıq. Amma vaxt tapdıqca imkan daxilində şəhərdən uzaqlaşıram.

- Xəzər Xəbəri tamaşaçılar sizinlə sevdi. Lakin siz aparıcılığı məmurluğa dəyişdiniz. Niyə?

- Mənim indiki işim sırf jurnalistikaya aiddir. Əvvəl televiziyaya aid idisə, indi həm onlayn jurnalistika, həm televiziya, həm radio - hamısını əhatə edir. Yeganə dövlət qurumuyuq ki, həm video, foto işlərimizi özümüz hazırlayırıq, səsləndirməmizi özümüz edirik. Burada kiçik prodakşın qurmuşuq. Həm montajımız var, həm kiçik bir səsyazma studiyamız. Çəkirik, səsləndiririk, montaj edirik. Dediyim kimi, çalışmışam ki yeniliklər olsun. Demərəm ki, məmuram, kabinetdə oturub əmr verirəm. Yox, bütün proseslərdə özüm şəxsən iştirak edirəm. Köməkçim belə yoxdur. Bu işləri görən bir kameraman, bir montajçı, bir də mənəm. Agentliyin buraxdığı jurnalı belə özümüz yığırıq.


Xəbərə aid fotolar

Cənubi Afrikada iğtişaşlar like
  • 20 Apr 15:09  
Dünya Cənubi Afrikada iğtişaşlar

Cənubi Afrikada polis ölkənin şimal-qərb hissəsindəki iğtişaşların qa

arrow Ətraflı
Binəqədidə "BMW" yanıb like
  • 20 Apr 15:06  
Digərləri Binəqədidə "BMW" yanıb

Bakı şəhərinin Binəqədi rayonunda "BMW" markalı minik avtomobilinin müh

arrow Ətraflı
Bakıda Əmək Mərkəzinin yaradılması əməkdaşlığın təşviqində fəal rol oynayacaq like
  • 20 Apr 15:05  
Digərləri Bakıda Əmək Mərkəzinin yaradılması əməkdaşlığın təşviqində fəal rol oynayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İslam Əməkdaşlıq Tə

arrow Ətraflı
Rusiyada təyyarələrdə ayaq üstə səfər mümkün olacaq like
  • 20 Apr 15:01  
Digərləri Rusiyada təyyarələrdə ayaq üstə səfər mümkün olacaq

Rusiyanın azbüdcəli "Pobeda" aviaşirkəti yeni təyyarələr üçün təhlü

arrow Ətraflı
Almaz Ələsgərlinin arxiv FOTOsu like
  • 20 Apr 15:01  
Şou-biznes Almaz Ələsgərlinin arxiv FOTOsu

Əməkdar artist Almaz Ələsgərli arxiv fotosunu yayıb.

arrow Ətraflı
Daha 3 boksçumuz mərhələ adlayıb like
  • 20 Apr 15:00  
İdman Daha 3 boksçumuz mərhələ adlayıb

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında

arrow Ətraflı
Nazirlik Şamaxıda bələdiyyə sədrini cərimələdi like
  • 20 Apr 14:57  
Digərləri Nazirlik Şamaxıda bələdiyyə sədrini cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Şam

arrow Ətraflı
Bakıda yataqxana yandı like
  • 20 Apr 14:52  
Digərləri Bakıda yataqxana yandı

Bakıda yataqxana yanıb.

arrow Ətraflı
Şamaxıda bələdiyyə sədri cərimələndi - Məişət tullantılarına görə like
  • 20 Apr 14:50  
Digərləri Şamaxıda bələdiyyə sədri cərimələndi - Məişət tullantılarına görə

Şəhriyar qəsəbə bələdiyyəsinin sədri Musa Musayev vəzifəli şəxs qis

arrow Ətraflı
Sumqayıtda 18 yaşlı gənc itkin düşdü like
  • 20 Apr 14:47  
Digərləri Sumqayıtda 18 yaşlı gənc itkin düşdü

Sumqayıt şəhərində 18 yaşlı gənc itkin düşüb.

arrow Ətraflı
Salah: "Təkcə özüm barədə deyil, futbol haqqında da düşünürəm" like
  • 20 Apr 14:43  
İdman Salah: "Təkcə özüm barədə deyil, futbol haqqında da düşünürəm"

"Liverpool"un yarımmüdafiəçisi Məhəmməd Salah cari mövs&uu

arrow Ətraflı