Misir çempionatının oyunları Məhəmməd Salaha görə təxirə salınıb


İdman 20 Apr 2018 15:19:00 284 0

Misir çempionatının oyunları Məhəmməd Salaha görə təxirə salınıb

Misir çempionatının matçları İngiltərəninin Liverpool klubunun futbolçusu Məhəmməd Salaha görə təxirə salınıb.

Goal.az xəbər verir ki, oyunların vaxtının dəyişdirilmə səbəbi misirli azarkeşlərin Salahın İngilətərə Premyer Liqasının ən yaxşı futbolçusu mükafatını aldığını izləməsidir.

Misirli hücumçu Manchester City-nin oyunçusu Kevin de Brüyne ilə birgə İngiltərə Futbol Assosiasiyasının versiyasına görə Premyer Liqada mövsümün ən yaxşı oyunçusu adına əsas iddiaçıdır.

Qeyd edək ki, mükafatlandırma mərasimi aprelin 22-də keçiriləcək.