Nazirlik Şamaxıda bələdiyyə sədrini cərimələdi


Digərləri 20 Apr 2018 14:57:00 254 0

Nazirlik Şamaxıda bələdiyyə sədrini cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Şamaxı rayon sakini Aygün Məmmədova tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsində məişət tullantılarının pərakəndə şəkildə atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən məişət tullantılarının qeyri-mütəşəkkil atılaraq qalaqlandığı, əraziyə zibil yeşiklərinin qoyulmadığı və tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Araşdırma zamanı məişət tullantılarının əraziyə qəsəbə sakinləri Tamara Manafova, Rahib Həsəni və Nazim Zarcan tərəfindən atılaraq qalaqlandığı və Şəhriyar qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkarlanıb.