Salah: "Təkcə özüm barədə deyil, futbol haqqında da düşünürəm"


İdman 20 Apr 2018 14:43:00 331 0

Salah: "Təkcə özüm barədə deyil, futbol haqqında da düşünürəm"

"Liverpool"un yarımmüdafiəçisi Məhəmməd Salah cari mövsümdəki məhsuldar oyunu barədə danışıb. Goal.az xəbər verir ki, misirli ulduz "Qızıl buts"u qazanmaq istədiyini gizlətməsə də, oyunda "xəsislik" etmədiyini də vurğulayıb.

"Son oyunlardan gördüyünüz kimi, komanda yoldaşlarım mənə qol vurmaqda kömək etməyə çalışırlar. Çünki onlar "Qızıl buts" uğrunda mübarizə apardığımı bilirlər. Bu, fərdi mükafat olsa da, komanda üçün əlavə xaldır. Biz gözəl tərzdə futbol oynayırıq. Bu oyun azarkeşlərə və mənə xoş gəlir. Hiss edirəm ki, fanatlar mükafat qazanmağımı istəyir. Əlbəttə, son 4 oyunda "Qızıl buts" yarışına da diqqət yetirirəm. Amma bunlar komandanın naminə edilir. Qol vurub "Liverpool"a fayda verməyə çalışıram. Bombardirlər cədvəlində Harri Keyndən geri qaldığım vaxtda belə qol imkanı əldə etdiyim hallarda Firminoya məhsuldar ötürmələr etmişəm. Mən təkcə özüm barədə deyil, futbol haqqında da düşünürəm. Məhsuldar ötürmələr verir, qol imkanları yaradıram. Öz mövqeyimi unutmuram. Meydanda 9 nömrəli futbolçu deyiləm, cinahda oynayıram. Düzü, parlaq mövsüm keçirirəm. Qarşıda daha bir neçə oyun var. Bu klub və şəhərdən razıyam. Bu, çox şey deməkdir".