Səlim Müslümov: İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması əməkdaşlığın təşviqində fəal rol oynayacaq


Digərləri 20 Apr 2018 14:42:00 233 0

Səlim Müslümov: İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması əməkdaşlığın təşviqində fəal rol oynayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İslam Əməkdaşlıq Təşkilatı baş katibinin müavini ilə görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin gənclər və idman nazirlərinin “Gənclərin inkişafı üçün fəaliyyətlərdə həmrəylik” mövzusunda Bakı şəhərində keçirilən dördüncü toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İƏT baş katibinin iqtisadi və hüquqi məsələlər üzrə müavini Həmid Opelayeru ilə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin səlahiyyətlərini icra edən Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin dayanıqlı və uzunmüddətli inkişafının təmin olunmasına yönələn məqsədyönlü islahatlar proqramının nailiyyətlərini diqqətə çatdırıb. O, bildirib ki, aparılan islahatlar nəticəsində postenerji dövrünə xas uğurlu idarəetmə sisteminin formalaşması və milli iqtisadiyyatın şaxələndirilməsi şəraitində neftdən asılı olmayan iqtisadi inkişaf tempi əldə olunub. Dövlət başçısının sosial-iqtisadi siyasətində əhalinin səmərəli məşğulluğunun təminatının başlıca prioritetlərdən biri olması iqtisadi islahatların işçi qüvvəsinin daim artdığı şəraitdə əmək bazarında sabitliyin davam etməsi ilə müşahidə olunmasına imkan verib. S.Müslümov ölkəmizin əmək bazarında uzunmüddətli inkişaf meyllərinin təmin olunması, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, peşə və ixtisas təhsili sisteminin iqtisadiyyatın inkişafına və əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə aparılan işlər, cari ilin əvvəlindən formalaşan işsizlikdən sığorta sisteminin maliyyə imkanları əsasında aktiv əmək bazarı tədbirlərinin əhəmiyyətli dərəcədə genişləndirildiyini diqqətə çatdırıb. Layiqli əmək üçün vacib faktorlardan olan işçi qüvvəsinin bacarığının artırılması yönündə görülən işləri qeyd edən S.Müslümov Azərbaycanın İƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinə malik olduğunu, həmçinin İSESCO (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı), müsəlman ölkələrini birləşdirən digər mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələrin getdikcə genişləndiyini vurğulayıb.