Ombudsman məmurlara irad bildirdi


Digərləri 20 Apr 2018 14:08:00 322 0

Ombudsman məmurlara irad bildirdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili bəzi vəzifəli şəxslərə və məmurlara irad bildirib.

Son.az report-a istinadən xəbər verir ki, Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində qeyd olunub ki, sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsi sahəsində dayanıqlığın təmin edilməsi məqsədilə azad sahibkarlığın inkişafına real təminatlar verilməsi üçün haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edən tədbirlər davam etdirilməlidir: "Korporativ məsuliyyət məsələsinə diqqətin ayrılması, əhalinin qayğıya ehtiyacı olan qrupların hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara münasibətdə həvəsləndirmə tədbirlərinin tətbiqi də zəruridir.

Vətəndaşların rifah halının təmin edilməsi məqsədilə ərzaq təhlükəsizliyinin təmin edilməsi, şəffaflığın artırılması, inhisarçılığa və haqsız rəqabətə qarşı mübarizənin, habelə istehlak qiymətlərinə nəzarətin gücləndirilməsi və süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər də ciddiləşdirilməli və davamlı xarakter daşımalıdır.