Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər


Digərləri 20 Apr 2018 14:18:00 190 0

Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər

Bu gün Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclası keçirilib.

Bakı. Elçin Mehdiyev – Bu gün Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasının gündəliyinə 3 məsələ - Ombudsmanın illik məruzəsi, "Kütləvi informasiya vasitələri haqqında" və "Müəllif hüquqları və əlaqəli şəxslər haqqında" qanunlara dəyişiklikləri daxil edilib. "Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) "Reklam haqqında" qanunla reklamı qadağann edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.