"Dəniz qaraçıları": su bu insanları dəyişdi VİDEO FOTO


Digərləri 20 Apr 2018 14:04:00 371 0

"Dəniz qaraçıları": su bu insanları dəyişdi  VİDEO  FOTO

Bacaular Malayziya, Filippin, İndoneziya və Bruneydə yaşayan xalqdır.

Filippində 470 min, İndoneziyada - 152 min, Malayziyada - 62300, Bruneydə 11 min nəfərdirlər.

Son.az AsiaOne-a istinadən bildirir ki, köçəri dənizçilər, mirvari "ovçu"ları və balıqçılar olan bu xalqı "dəniz qaraçıları" adlandırırlar.

Bacauların bir qismi hələ də icmalar formasında dənizdə köçəri həyat sürür, içməli su və elektriksiz yahayır, sahilə yalnız ölülərini basdırmaq üçün yan alırlar.

Dənizdə yaşam bacauların orqanizmlərində də ciddi dəyişiklərə səbəb olub. 1000 ildən bəri Cənubi Asiyada dənizləri dolaşan bu xalqın mənsubları suya dalmaqda və su altında üzməkdə mahirləşiblər. Əgər normal insan su altında nəfəs almadan maksimum 4 dəqiqə qala bilirsə, bacaular arasındakı "mirvari ovçular"ı dəniz və okean sularına dalandan sonra 13 dəqiqə su altında qala bilirlər.

Bacaularda öd kisəsinin həcmi normal insanlardan 50 faiz böyükdür. Onlar asanlıqla 61 metr dərindiyədək suya dala bilirlər.


Xəbərə aid fotolar